Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzində 5 yeni film nümayiş olunacaq

Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq. Bunlardan üçü "Böyük qayıdış" ssenari müsabiqəsi çərçivəsində çəkilən qısametrajlı filmdir.

Ulutv.info apa-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rola malikdir.

"Sözsüz, biz istəyirik ki, Azərbaycan kinosu Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi olacaq. Bununla bağlı ciddi işlər, planlar nəzərdə tutulub", - o qeyd edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info