"Azərbaycanfilm"a direktor əvəzi təyin edildi

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bu vəzifəyə İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info