İran bu gün yeni prezidentini seçir

Bu gün İranda 14-cü prezident seçkiləri keçiriləcək.

Ulutv.info qafqazinfo-ya istinadən xəbər verir ki, İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi artıq namizədliyini geri götürüb.

Növbədənkənar prezident seçkilərində namizədlər aşağıdakılardır:

-Parlament sədri Məhəmmədbağır Qalibaf

-Parlament üzvü Məsud Pezeşkian

-Tehranın meri Əlirza Zakani

-İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin təşhülkəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili

-Sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info