Şəmkirdə 2 minilk avtomobili toqquşub, xəsarət alanlar var

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Ulutv.info apa.az-ın yerli bürosunun məlumatına istinadən görə hadisə rayonun Yeniabad kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" ilə "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info