Ot çayları içərək arıqlamaq istəyənlərə mütəxəssis XƏBƏRDARLIĞI

“Ot bitkilərinin insanı arıqlatması haqqında yaranmış təsəvvür yalnışdır”.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Fitoterapiya Dərnəyinin başçısı Prof. Dr. Ekrem Sezik arıqladan bitki çaylarının təsirindən danışarkən deyib.
O, heç bir bitki çayının insanı arıqlatmadığını deyib.
Orqanizmi daha davamlı etmək üçün ən ucuz və asan üsul yaşıl çay içməkdir deyən professor gündə 3-5 stəkan yaşıl çay içmək bədəndə antioksidanın təmin edilməsi üçün kifayətdir deyə bildirib.
Qara çayda da antioksidanlar olduğunu deyən fitoterapevt qara çayın fermentasiya prosesindən keçdiyi üçün antioksidanların azaldığını deyib.
Arıqlama çayları ilə bağlı yayılmış yanlış təsəvvürlərə toxunan mütəxəssis deyib:
“Ot içərək arıqlamaq deyə bir şey yoxdur. Həmin otu içdim, arıqladım deyə bir şey yoxdur”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info