YUMURTANI ƏSLA BELƏ YEMƏYİN

Ən güclü protein mənbələrindən biri olan hər səhər bir yumurta yemək tövsiyə olunur. Ancaq yumurta istehlak edərkən böyük səhvə yol verilir. Bu fərq edilməyən və diqqətdən kənarda qalan səhv yumurtanın sözün əsl mənasında zəhərə çevrilməsinə səbəb olur.

Tribunainfo.az AHaber-ə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yumurtalar zəngin qidalı olduğu üçün hər gün istehlak edilməlidir. Yumurta alarkən və istehlak edərkən mütləq nəzərə alınmalı olan bəzi amillər var.

Əksər insanlar yumurta alarkən, saxlayarkən və istehlak edərkən nələrə diqqət etməli olduqlarını bilmirlər. Yumurta alarkən, istifadə müddətini yoxlamağı unutmayın. Çatlamış yumurtaları dərhal atın.

Yumurta qabığının çirkli olduğunu düşünənlər yumurtaları yuyub soyuducuya qoyurlar. Bu böyük səhvə yol verməyin. Yumurtanı yumaq onu daha zərərli edir.

Yumurta aldıqdan sonra onu evə gətirən kimi karton qutudan çıxarmayın! Kartonlar yalnız yumurtanın qırılmasının qarşısını almaq üçün deyil. Onun başqa bir həyati əhəmiyyəti də var. Yumurtanı karton qutusu ilə birlikdə soyuducuya qoyun.

Soyuducuda olan qida qoxularının məsamələrdən yumurtaya keçməsinin qarşısını alır. Bundan əlavə, bişməmiş yumurta qabıqlarında müxtəlif bakteriyalar var. Yumurtaları karton qutularından çıxarsaq, onlar bu bakteriyaları soyuducuda təmasda olduqları müxtəlif qidalara ötürə bilərlər.

Yumurtanın təzə və ya köhnə olduğunu necə müəyyən etmək olar? Bunun üçün kiçik bir test edə bilərsiniz. Yumurtanı su ilə dolu böyük bir stəkana atın.
Yumurta suya batırılıb üfüqi vəziyyətdə qalırsa, təzədir, yarı üfüqi qalırsa, 8-10 günlükdür, suyun səthinə çıxırsa, bayatdır. Bayat yumurtalar sağlamlığınızı ciddi şəkildə təhdid edə bilər və xəstəxanaya yerləşdirilə bilərsiniz.

Həm də yumurtanı qırdığınız zaman onun təzə olub-olmadığını müəyyən edə bilərsiniz. Təzə yumurta qırılanda sarısı dağılmır, qabarıq formada qalır, rəngi açıq sarı olur və yumurtanın ağı sarıdan asanlıqla ayrılmır. Bayat yumurta qırılanda sarısı yastılaşır və ya dağılır, ağın axıcılığı azalır və suya bənzəyir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info