Bu qidanı pivə ilə yedikdə – xərçəng əmələ gətirir

Qızdırılan, qızardılan yarımfabrikat qidalar pivə ilə birlikdə sağlamlıq üçün çox ağır risklər gətirir.
“Medicina” xəbər verir ki, hepatoloq Sergey Vyalov kişiləri təhlükə barədə xəbərdar edib.
“Hazır qidalar – kafe və marketlərdə, küçə fast-fudundan olan yeməklərə qatılan qida əlavələri, konservantlar onları daha da təhlükəli edir.
Bu əlavələr qidaların ucuz olması, uzun müddət qalması üçün qatılır.
Onların təhlükəsi alkoqollu içki və pivə ilə daha da artır.
Çoxsaylı tədqiqatlar var ki, gündə 2 dəfə, 2pors yarımfabrikat yemək bədəndə, öddə, bağırsaqlarda polip əmələ gətirir.
İstənilən polip isə xərçəngönü vəziyyətdir.
Xüsusilə kişilər qızarmış, hazır yeməklərlə pivə içdikdə bağırsaqlarda iltihabı 2 dəfə artırır.
Kafelərdə, fast-fud qidalar gün ərzində eyni yağda qızardılır, yağ gec dəyişdirilir.
Belə qida pivə ilə bağırsaq infeksiyalarını və mikrobları artırır. Nəticədə daha gənc yaşda bağırsaq xərçəngi yaranır.
Bütün alkoqol növlərindən ən çox pivə ilə zərərli qidalar yeyilir.
Çünki pivəni digər içkilərdən daha çox içirlər. Köpüklü qida və içkilər bağırsaqlara zərərlidir.
Eləcə də mayonezli, saralmış mayonezdən qidalar mədəaltı vəz, qaraciyəri zədələyir”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info