DİN-i tərəfindən baş vermiş cinayətlərin üstü açılıb

Soyğunçuluq
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi rayonu ərazisində bir qadının içərisində bank, gediş kartları və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Ramazanov saxlanılıb, daha 2 nəfəri isə müəyyən olunub. Araşdırma aparılır.

Oğurluq

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* mayın 24-də Gəncə şəhər sakini olan bir nəfərin içərisində 1028 manatı, bank kartları, sənəd və əşyaları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsif Azayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı İrandan 50 kiloqram narkotik vasitə gətirən daha bir nəfər saxlanılıb

(Əməliyyat görüntüləri)

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli mqidarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdşaları tərəfindən növbəti dəfə uğurla alınıb.


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb.

Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dünən gecə saat 23 radələrində "Wolksvagen" markalı avtomobilin sürücüsü, 1959 - cu il təvəllüdlü Bakı şəhər sakini Rövşən Mustafayev Qəbələ şəhəri ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olan onun qızı və bir azyaşlı nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

- Mayın 30-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

- Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Kamran İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info