Tovuzda avtomobil çaya düşüb, ölən var

Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.

"VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində, 1992-ci il təvəllüdlü Turqud İbrahimob, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan T.İbrahimov çaydan çıxa bilib.

Digərlərinin axtarışı davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info