İqtisadiyyat Nazirliyində "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib. Finalçılar komanda daxilində müxtəlif tapşırıqların həllində iştirak ediblər.


Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının final mərhələsinin iştirakçılarını təbrik edib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və əməkdaşların karyera inkişafında xüsusi rolunu vurğulayıb.]

Nazir əməkdaşların təcrübə və strateji düşüncə bacarıqlarının artırılmasına, onlar arasında intellektual, peşəkar əlaqələr qurulmasında əlavə imkanlar yaradan bu proqramın rəqabətli insan kapitalının inkişafına əhəmiyyətli töhfə verən növbəti faydalı layihə olduğunu vurğulayıb.
Sonra finalçılar “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Təqdimatlar rəhbər şəxslər tərəfindən dinlənilib və qiymətləndirilib.


Qeyd: İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsi artıq ikinci dəfədir ki, təşkil olunur. Əvvəlki müsabiqənin qalibləri kimi, bu müsabiqədə qalib gələnlər də müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb olunacaq və Nazirliyin rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.


Ulutv.info













Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info