Sabah saat 14:00-da, Xankəndidə... - Fotolar

Xəbər verdiyimiz kimi, dekabrın 21-i Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.

Matça bir gün qalmış arenanın yeni fotolar yayılıb.

Fotolarda stadionun işıqlandırma sisteminin də hazır olduğu öz əksini tapıb. Bundan başqa, qapı arxasındakı sektorda “Qarabağ Azərbaycandır!”, reklam lövhələrində isə #Bizqayıtdıq həştəqinin yazılması da diqqətdən qaçmayıb.

Qeyd edək ki, maraqla gözlənilən qarşılaşma sabah saat 14:00-da start götürəcək.
Sabah saat 14:00-da, Xankəndidə... - Fotolar



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info