“Qarabağ” “Braqa” ilə qayalar arasındakı bu stadionda oynayacaq - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanı UEFA Avropa Liqasının pley-off mərhələsində təmsil edəcək "Qarabağ" klubu Portuqaliya təmsilçisi "Braqa" ilə qarşılaşacaq.

"Braqa" UEFA Çempionlar Liqasının oyunlarında qrup üçüncüsü olduğuna görə Avropa Liqasına düşüb.

“Qarabağ”ın portuqallarla ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə olacaq. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.

"Braqa" Avropada qayalıq ərazidə tikilmiş stadionu ilə tanınan klubdur.

Braqa şəhərində yerləşən futbol stadionu 2003-cü ildə tikilib istifadəyə verilib. Stadion 30154 nəfər tutumludur.

Stadion qayaların arasında salınıb, hətta onun böyük tablosu qayalar üzərində yerləşdirilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info