“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

“Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

Buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib.

Adıçəkilən ölkələrin çempionlarının “Panevejis” və “Ordabasi”nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Nəticədə, püşkdə güclülərin səbətində qərarlaşacaq “Qarabağ” adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu “Vikinqur”un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bəlli idi.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info