Lənkəranda yeniyetmə dənizdə boğularaq ölüb - VİDEO

Lənkəranda dənizdə bir nəfər boğularaq ölüb.

Lənkəran rayonunun Sütəmurdov kəndində, nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007- ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə sudan çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info