Evinin həyətində asılmış meyiti tapıldı

Bakıda intihar hadisəsi baş verib.

Sabunçu rayonu “Xanlar” yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Quliyev Taleh Müzəffər oğlu yaşadığı evin həyətində intihar edib.

Onun meyiti həyətdəki yardımçı tikilinin tavanından asılı vəziyyətdə aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info