Futzal millimiz Niderlanda qarşı


Azərbaycanın futzal millisi bugün DÇ-2024-ün elit-raund mərhələsində  son oyununu keçirəcək. 

Vitali Borisovun baş məşqçilik etdiyi komanda bağlanış matçında Niderlandın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, qələbə qazanacağı təqdirdə Azərbaycan yığması öz qrupunda 2-ci yeri tutan 4 ən yaxşı komandadan biri kimi pley-offa yüksələ bilər. Bunun üçün D qrupunda İtaliya və Sloveniya komandalarının da məğlub olması zəruridir.

DÇ-2024, Elit-raund

20 dekabr

21:30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (hamısı Litva)

Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4. 
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info