Peskov Rusiyanın G7-dəki planlarından söz açdı


"Rusiya Federasiyası dekabrın 6-da keçirilməsi planlaşdırılan G7-nin onlayn sammitini yaxından izləyəcək".

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"G7 onlayn sammitinin əsas mövzusu Fələstin-İsrail münaqişəsi ola bilər", - o əlavə edib.

Peskov Qərbin Ukraynaya yardımının həcmini azaltmaqla bağlı deyib ki, Kiyev indi “açıq-aydın çətin vəziyyətdədir”.

Sözçü təklif edib ki, G7 onlayn sammitində Qərbin Kiyevə yardımının azaldılması nəzərə alınmaqla Ukrayna mövzusu müzakirə oluna bilər.(TASS)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info