Volodimir Zelenski: Həlledici məqamda göstərilən köməyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlığımı bildirirəm


Prezident Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə və xalqa həlledici məqamda Ukraynaya yardım etdiyinə görə minnətdarlıq edib.

Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərən Ukrayna lideri qeyd edib ki, bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb:

“Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info