Aygün Kazımova Azərbaycan kubokunun finalında

İyunun 2-də "Qarabağ" və "Zirə" arasında “Liv Bona Dea Arena” keçiriləcək Azərbaycan kubokunun final oyunundan əvvəl konsert proqramı olacaq.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Konsert proqramında Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova çıxış edəcək. Konsert proqramı 19:00-da başlayacaq.

Final görüşü isə saat 20:00-da start götürəcək.

Matç üçün biletlər 25 maydan etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri 5, 10, 15 və 50 AZN təşkil edəcək.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info