Paşinyan Putinin andiçməsinə gedəcək?

Ermənistan Respublikası hökuməti baş nazir Nikol Paşinyanın mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməyəcəyinə hələ aydınlıq gətirməyib.

Modern.az-ın məlumatına görə, Ermənstan KİV-I hökumətə yazılı sorğu göndərərək Paşinyanın mərasimdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirilməsini xahiş edib.

“Ermənistan Respublikasının Baş nazirinin ofisi baş nazir Nikol Paşinyanın bütün səfərləri haqqında müvafiq məlumat verir”, - cavabda deyilib.

Bir neçə gün əvvəl jurnalistlər parlamentdə baş nazirdən Rusiya Federasiyası prezidentinin andiçmə mərasimində və mayın 8-də keçiriləcək Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak edib-etməyəcəyini soruşublar.

Nikol Paşinyan bildirib ki, Avrasiya İqtisadi İttifaqının sessiyasında iştirak məsələsi müzakirə olunur, lakin Rusiya prezidentinin andiçmə mərasimində iştirak məsələsi cavabsız qalıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info