Tanınmış rusiyalı müxalif yazar həbs olundu


Rusiyada Moskva məhkəməsi tanınmış müxalif yazar Mixail Zıqarı qiyabi həbs edib.

Moskvanın Basmannı məhkəməsi jurnalist və yazıçı Mixail Zıqarı (Rusiyada “xarici agent” elan edilib) qiyabi olaraq “hərbi saxtakarlıq” işi üzrə həbs edib.

Onun bir həftə əvvəl Zıqarın Rusiyada axtarışa verildiyi məlum olub.

Zıqar, “Dojd” telekanalının baş redaktoru olub, “Kommersant” qəzetində işləyib. Bir neçə kitabın müəllifidir. İndi o, Rusiyada yaşamır.(Mediazona)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info