Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq - Siyahı

Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq - Siyahı


Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Bununla bağlı Milli Məclis məlumat yayıb.

Bildirilib ki, qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmin layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

3. BakıbApellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info