“Nəsimi” stansiyasında yanğın

Bu gün Bakı Metropoliteninin Binəqədi rayonu Svetlana Məmmədova küçəsində yerləşən “Nəsimi” stansiyasında yanğın olması ilə bağlı məlumat yayılıb.

Stansiyanın girişində yerləşən xidməti otaqda yanğın başlamasını əks etdirən görüntülər yayılıb.

Video ilə bağlı Bakı Metropolitenindən sorğumuza cavab olaraq bildirilib ki, "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info