Kəlbəcər-Laçın avtomobil yolu nə vaxt hazır olacaq?

Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və onun üzərindəki tunellərin inşası 2025-ci ilin sonunda və yaxud 2026-cı ilin əvvəlində tamamlanacaq.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 8 910,5 metr olan 66 dairəvi və 139 düzbucaqlı borunun, zəruri yerlərdə ümumi uzunluğu 4 179 metr olan 23 avtomobil körpüsünün və 1 076 metr uzunluğa malik 3 qovşağın, həmçinin 4 248 metr istinad və 30 521,2 metr daş divarın inşası işləri aparılır.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.(Report)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info