Üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, körpənin ölümü ilə bağlı cinayət işi başladılıb. Baş verən hadisədə uşağın 20 yaşlı anasını əli olduğu hesab edilir.

Araşdırma zamanı məlum olub ki, körpənin 20 yaşlı anası və atası spirtli içki qəbul etdikdən sonra mübahisəyə başlayıblar. Bu zaman qadın: "Sənə nifrət edirəm!" - deyə qışqıraraq uşağı yerə çırpıb.

Qadın rəsmi nikahda olmayıb. Son üç ay ərzində o, iki oğlu ilə tək yaşayıb. Üç yaşlı uşaq atasına verilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info