Arvadından boşanmaq istəyən kişi qayınları tərəfindən bıçaqlandı

Türkiyənin Malatya şəhərində həyat yoldaşı ilə ayrılmaq mərhələsində olan 27 yaşlı şəxs qayınları tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, insidentin əvvəli mağazalardan birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Dava nəticəsində bıçaq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən iki qardaş saxlanılaraq istintaqa cəlb edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info