Kişini balkondan itələyən qadına 8 il həbs cəzası verilib

Rusiyada Komsomolsk-na-Amure şəhərində məhkəmə 43 yaşlı yerli sakini adam öldürdüyünə görə 8 il müddətinə azadlıqdan məhrum edib.

Ulutv.info milli.az-a istinadən bildirir ki, bu haqda çərşənbə axşamı, avqustun 9-da Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə departamentinin mətbuat xidmətindən məlumat verilib.

Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə təqsirli bilinib. O, günahını tamamilə etiraf edib.

Agentliyin məlumatına görə, 2021-ci il avqustun 7-də sərxoş qadın kişi dostunu Pobeda prospektindəki evin eyvanından itələyib. O, 3-cü mərtəbədən beton parapetin üzərinə yıxılaraq ölüb.

Dörd dost mənzilə toplaşıblar. Bir anda qadınla kişi arasında münaqişə yaranıb. Kişi qadının üzünə vurub və bu, 43 yaşlı rəfiqəsini qəzəbləndirib, sonra o, cinayət törətmək qərarına gəlib. Qonaqlar bu hadisəni gizlətmək istəyib, lakin hadisə şahidləri zərərçəkmiş üçün təcili yardım çağırıblar, - "Komsomolskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info