Fransada hava limanında polis bir nəfəri güllələyərək öldürüb

Fransanın paytaxtı Parisdə, Şarl de-Qoll adına beynəlxalq hava limanında insanları bıçaqla hədələyən şəxsi polis güllələyərək öldürüb.

Ulutv.info report-a istinadən xəbər verir ki, məlumatı Fransanın BFM telekanalı yayıb.

Bildirilib ki, ətrafdakıları hədələyən şəxsi polis tabel silahı ilə güllələyərək öldürüb.

Hadisənin səbəbi və öldürülən kimliyi barədə məlumat hələ ki yayılmayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info