Ukrayna müharibədə 80 min əsgər itirib? - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin müharibədə 80 min əsgər itirdiyi barədə yayılan məlumatları təkzib edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Ukraynalı əsgərlərin 80 min itkisi yalandır. Real rəqəm xeyli aşağıdır", - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, “Voll Strit Jurnal” (WSJ) qəzeti müharibədə həlak olan ukraynalı hərbçilərin sayının 80 min nəfərə çatdığını yazıb.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info