Zelenskinin Baydenə təqdim etdiyi "qələbə planı"nda nələr var? - ŞOK DETALLAR

Ukrayna prezidenti Volodimir Zelenskinin "qələbə planı"na Kiyevin NATO və Aİ-yə daxil olması, həmçinin silah tədarükü tələbi daxildir.

ABŞ-dakı görüş zamanı Ukrayna prezidenti həmkarı Co Baydeni Kiyevə NATO-ya rəsmi dəvət göndərməyə və təkmil silahların daimi tədarükü ilə bağlı öhdəlikləri qəbul etməyə sövq edəcək.

Materialda həmçinin bildirilir ki, plan Aİ-yə üzvlük və digər iqtisadi və hərbi razılaşmalar üçün aydın bir yol tələb edir və bu, Zelenskinin sözlərinə görə, “Putini sülh axtarmağa təşviq edəcək”.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Ukraynanın bəzi müttəfiqləri danışıqlar yolu ilə atəşkəs variantlarını nəzərdən keçirməyə başlayıblar.(Bloomberg)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info