Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb.

Görüş zamanı Putinə Rusiya Federasiyasının prezidenti vəsiqəsi təqdim edilib. 

Rusiya lideri, həmçinin Pamfilovaya mart ayında baş tutan seçkilər zamanı fəaliyyətinə görə təşəkkür edib.

Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28% səslə qalib gələrək beşinci dəfə Rusiya prezidenti seçilib.(TASS)

 
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info