Azərbaycanda sünnət DƏHŞƏTİ: Həkim uşağın cinsiyyət orqanını kəsdi/VİDEO

8 yaşlı uşaq həkim səhvinin qurbanı olub.

Ulutv.info xəbər verir ki, sünnət olan uşağın, həkim səhvinin qurbanı olduğu iddia edilir.

Uşağın aldığı travmalar ağrı acılar kiçik ciyinlərində böyük yük olub.

Valideynlərinin sözlərinə görə 1 il öncə cərrah Fuad Nəzərov tərəfindən uşaq sünnət edilib.

“Əməliyyat edilən gündən azyaşlının vəziyyəti pisləşib.”

“Xəzər Xəbər” məsələdə adı hallanan Fuad Nəzərovla da telefon əlaqəsi saxlayıb, ancaq həkim danışmaq istəmədiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur. Ailə həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq mühafizə orqanlarına da şikayət edib.

Ulutv.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info