Fərid Şərifov: Novruz bayramı zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini əhatə edir


Sizi xalqımızın ən sevimli, ən əziz bayramı – Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram!
Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır.
Novruz, dediyim kimi, qədim bayramdır. Ancaq elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir.
Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən, azadlığa, sərbəstliyə çıxandan sonra bu bayramı biz açıq ürəklə, geniş, el bayramı, xalq bayramı və nəhayət dövlət bayramı kimi qeyd edirik. Bu, indi müstəqil Azərbaycan dövlətinin ən mötəbər dövlət bayramıdır. Məhz buna görə də ölkəmizin hər yerində, hər guşəsində - hər kəndində, qəsəbəsində, şəhərində insanlar bu bayramı böyük sevinclə, məhəbbətlə keçirir, şənlənirlər. Novruz bayramının keçmiş zamanlardan qalmış adət-ənənələri bu bayram günlərində, bayram şənliklərində nümayiş etdirilir.
Beləliklə, xalqımız keçmişi bu günü ilə, bu günü keçmişi ilə sıx bağlayır və bu illərdə Novruz bayramı ilə əlaqədar olan bütün adət-ənənələrin hamısı bərpa olunubdur. İndi artıq deyə bilərik ki, Azərbaycanda Novruz bayramı, bəlkə də, yüz-iki yüz il bundan öncəki dövrlə müqayisədə daha da əhatəli keçirilir. Bunların hamısı bizim xalqımızın sərvətidir.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.
Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir.

Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva hər zaman ölkəmizdə keçirilən Novruz şənliklərində iştirak etmişlər.
Ulu öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1993-cü ildən sonra Azərbaycanda başlanmış sabitlik dövrü bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Əgər o sabitlik o vaxt yaradılmasa idi, Azərbaycanın, ümumiyyətlə, gələcəyi böyük sual altında ola bilərdi.

Sabitliklə bərabər ölkəmizin əsas inkişaf istiqamətləri də məhz o illərdə - 1990-cı illərin ortalarında müəyyən edilmişdir. Çünki o vaxt Azərbaycan müxtəlif istiqamətlər üzrə inkişaf edə bilərdi. Ancaq Ulu Öndər Heydər Əliyevin baxışları, onun siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və ölkəmiz üçün ən optimal inkişaf yolunu seçmişdir. Dövlət quruculuğu – hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu əsasında bütün islahatlar başlanmışdır. Siyasi sahədə islahatlar başlanmışdır. Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edə bilmişdir, mötəbər beynəlxalq təşkilatlara üzv olmuşdur.
Eyni zamanda, Azərbaycanda iqtisadi sahədə də bazar iqtisadiyyatı prinsipləri tətbiq edilməyə başlanmışdır. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır.
Müasir müstəqil Azərbaycanın milli ideologiyasının inkişafı və tətbiqi istiqamətində böyük işlər görülmüşdür. Bu ideologiya yenə də milli mənəvi dəyərlər üzərində qurulmuşdur. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji dayağımızdır. Bu gün müstəqil Azərbaycan bu ideoloji dayaq üzərində inkişaf edir. Hər bir dövlətin ideoloji dayaqları olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş ideoloji əsaslar əhalimizin mütləq əksəriyyətini birləşdirir. Bu ideoloji əsaslara əhalinin mütləq əksəriyyəti müsbət yanaşır. Bu da cəmiyyətimizi, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrini birləşdirir. Biz, sözün əsl mənasında, böyük vahid bir ailədə yaşayırıq. Bu, bizim uğurlu inkişafımız üçün əsas şərtlər idi.

Ulu Öndər Heydər Əliyev Novruz bayramı ilə bağlı çıxışlarında demişdir:

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Azərbaycan xalqı artıq əvvəlki sevincinə, xoşbəxtliyinə qayıdır. Bizə bu anları, bu bayram sevincini yaşadan Cənab Prezident İlham Əliyevə, bütün şəhid ailələrinə, qazilərimizə, müzəffər ordumuza təşəkkür edirəm.
Varolsun Cənab Prezident İlham Əliyev
Qarabağ Azərbaycandır.
Novruz Bayramınız mübarək.

Hörmətlə YAP-ın üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA ictimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info