Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ulutv.info “report” istinadən xəbər verir ki, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
2 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində, 1954-cü il təvəllüdlü F.Mərdanov, 1961-ci il təvəllüdlü Y.Hacıyeva, 1985-ci il təvəllüdlü S.Məsimova və daha bir azyaşlı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və normal qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info