“Madonna” şadlıq sarayının hasarı deyil, özü sökülməlidir... - VİDEO

Nizami rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər ictimai-iaşə obyekti var..?

“Madonna”nın tüstüsü ətrafdakı insanları bezdirib….

Gundelik-Baku.com olaraq illər öncədir yazırıq ki, yüksək gərginlikli elektrik xətlərinin altında heç bir ictimai-iaşə obyekti ola bilməz.
Bəli, hələ sovet dövründə yüksək gərginlikli elektrik xətlərinin altında ancaq ağaclar əkilirdi ki, gərginlik azaldılsın, təhlükə olmasın və s…ən əsası həmin xətlərin altında nəinki yaşamaq, ev tikmək, hətta obyekt ola bilməzdi.
Amma son 30 ildə həmin yüksək gərginlikli elektrik xətlərinin altında restoran, kafe, çayxana və s kimi obyektlər durmadan artır.
Hətta, bu gün yoxlasalar, həmin yüksək gərginlikli elektrik xətlərinin altında yüzlərlə, bəlkə də minlərlə qanunsuz ev var.
Bilənlər bilir ki, belə elektrik xətlərinin altında yaşamaq xərçəng xəstəliyinin səbəbidir. Və s…
Sözümüzün canı odur ki, pula, rüşvətə görə insanlarımızı bəlaya düçar etmək olmaz.
Konkret olaraq dəfələrlə yazmışıq ki, Nizami rayonunda Qara Qarayev metrosundan çıxan kimi, böyük bir ərazidə, yəni yüksək gərginlikli elektrik xətlərinin altında onlarla çayxana, kafe peyda olub. Yazan kimi çıxıb bazarlıq edərək yazıları çıxardırlar.
Bunlar başa düşmür ki, söhbət millətin gələcəyindən gedir…
Həmin yüksək gərginlikli elektrik xətlərinin altında saatlarla oturan insanlar, orada qulluq edən işçilər nə qədər radiasiya qəbul edir.
Sözün qısası, Nizami rayonunda yüksək gərginlikli sahələri iş adamlarına sataraq vətəndaşları zəhərləyirlər.
Dünən oxuduğumuz son xəbər də bunu bir daha təsdiq elədi.
Belə ki, sosial şəbəkələrdə Bakının Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınmasının görüntüləri yayılıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.
Söhbət hasarın sökülməsindən getmir ee, ay cənablar, şadlıq evi özü yüksək gərginlikli elektrik xəttinin altındadır. Bunu başa düşmürsünüz..?
Hasarı sökməklə problem həll olunmur ee…
Bu problemlər birinci dəfə deyil ki, ee, mediaya çıxır.
Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinq zamanı Nizami rayonunda havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb.
Həmin siyahıda 1-ci yerdə “Madonna” şadlıq sarayı gedib.
Söhbət təkcə “Madonna” şadlıq sarayından getmir.
Ümumiyyətlə, Nizami rayonu ərazisində fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı" və digər obyektlərdə ciddi problemlər var.
“Madonna” şadlıq sarayının hansı məmura məxsus olması ilə bağlı növbəti yazıda.
Bu barədə araşdırmalarımız davam edir. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info