Universitetlər çətin duruma düşüb: Təhdid və təhlükə

ll qrupda 200-dən çox 6803 nəfər bal toplayıb

150 -dən çox bal toplayanların sayı 10911 nəfər olub. II qrup üzrə 13285 plan yeri ayrılıb.

II qrup üzrə 150 baldan çox nəticə göstərənlərin hamısı ali məktəblərə qəbul ola bilər.

Maraqlıdır, bunu qənaətbəxş hesab etmək olarmı?

Cebhe.info-ya açıqlamasında təhsil ekseprti Kamran Əsədov bildirib ki, ali təhsil müəssisələrində boş plan yerinin qalması universitetin fəaliyyəti üçün ciddi təhdid və təhlükədir:
"Çox təəssüflər olsun ki, ikinci ixtisas üzrə plan yerlərinin sayı abituriyent sayından çoxdur. İkinci ixtisas bu boşluğu subbakalavr doldurur. Ali təhsil müəssisələrində boş plan yerinin qalması universitetin fəaliyyəti üçün ciddi təhdid və təhlükədir. Çünki ali təhsil müəssisələri özlərinin plan yerlərini elan edəndə onlar həmin tədris ili üçün maliyyəni də hesablayırlar. Yəni əməkdaşların, müəllimlərin əmək haqları və başqa məsələlər nəzərə alınır. Onlar hesablayır ki, bu il 1000 nəfər qəbul olacaq, amma 500 nəfər qəbul olunur. Bu da universitetin əlavə xərci deməkdir. Nə qədər boş plan yeri qalırsa, bu, həmin təhsil müəssisəsinin fəaliyyətini ciddi şəkildi təhlükə altına atır. Buna görə də universitetlərimiz inkişaf edə bilmir. Boş qalan yerlər tədrisin təşkilinə mənfi təsir göstərir, maliyyə sıxıntısı yaradır".
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info