Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuzqala (Tavuş) vilayətinin Kirants kəndi və Azərbaycan Respublikasının Qazax rayonunun Xeyrimli kəndi ərazisində minalardan təmizləmə işləri aparır.
Bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyi yayıb.
Mənbə yazır ki, məqsəd ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsini təmin etməkdir.
Qeyd edək ki, erməni polisi mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info