Aygün Kazımovanın “Parol”u marağa səbəb oldu - VİDEO

Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

Ulutv.info xəbər verir ki, “Parol” adlı yeni mahnının musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir.

Fotoqraf Kamran Novruzovun kamerası önünə keçən pop diva yeni mahnısı üçün xüsusi fotosessiya etdirib. Fotosessiyada A.Kazımovanın obrazı üzərində illərdir pop divanın ən böyük layihələrində yer alan peşəkar stilist Ruxa çalışıb.
“Parol” adlı mahnı üçün həmin fotolardan ibarət xüsusi videoçarx hazırlanıb.

Mahnı Aygün Kazımovanın rəsmi “YouTube” kanalında yayımlanıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info