Məmur İntiqam Şirinov bu qədər mülkü necə əldə edib?

Azərbaycanda məmurların əksəriyyətinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük biznesə, var-dövlətə sahiblənməsi artıq adi hala çevrilib. Belə məmurlardan biri də Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovdur.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə İntiqam Cümşüdov Xətai rayonunda “Oliqarx” ləqəbi ilə tanınır. İntiqam Cümşüdovun Xətai rayon Gəncə prospektində çoxsaylı obyektlərinin olduğu bildirilir. Aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun milyonlarla manat qiyməti olan obyektlərə necə və hansı pullarla sahib olması maraqlıdır.

Əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, Xətai rayonunda obyekt, ev və sair tikililərin icra hakimiyyətindən “icazə” alınması məsələlərinə də İntiqam Cümşüdov baxır. Onu da qeyd edək ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi işləyib.Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info