Mustafa Babanlının etdiklərini KİM TƏLAFƏ EDƏCƏK?

"Bu gün mənə Neft və Sənaye Universitetinin keçmiş müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abıyeva zəng vurdu. Leyla xanım ağlamaqdan özünü saxlaya bilmirdi, güclə danışırdı".
DİA.AZ bildirir ki, bu açıqlama ilə deputat Etibar Əliyev çıxış edib.

E.Əliyev daha sonra bildirib: "Xanımın söylədiyinə görə Mustafa Babanlı heç bir əsas olmadan onu və 3 müəllimi əmrlə işdən çıxarıb. Leyla xanım Apellyasiya məhkəməsinə qədər şikayət edib, lakin heç bir nəticə əldə etməyib. Düşünürəm ki, müəllimlərin işinə baxan hakimlərin çıxardığı qərarlar yenidən sərf-nəzər edilməlidir. Leyla xanımın dediyinə görə haqsızlıqlar ucbatında depressiyaya düşüb.

Sual olunur. Nədən məhkəmədən əvvəl işdən qanunsuz azad olunmuş müəllimlərin şikayətinə Elm və təhsil nazirliyində baxılmayıb?

Xanımın dediyinə görə onların müraciətinə heç cavab belə verilməyib. Belə qanunsuzluq olar? Mustafa tərəfdarları, bunu da nəzərə alın".

DİA.AZ qeyd edir ki, deputatın barəsində danışdığı Leyla xanım Abıyeva Respublikının görkəmli pediatorları Rauf Abıyev və Anaxanım Axundovanın övladıdır.

Məsələyə münasibət açıqlanması üçün dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info