Livanda silsilə partlayış: 1,5 min insan yaralandı

İranın Livandakı səfiri Moctaba Amani şəxsi rabitə qurğusunun partlaması nəticəsində yaralanıb.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, səfir peycerdən istifadə edib.

Amaninin vəziyyəti ilə bağlı təfərrüatlar verilməyib.

Daha əvvəl Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənubunda rabitə cihazlarının partlaması nəticəsində onlarla yaralının xəstəxanalara yerləşdirildiyi açıqlanmışdı.

***

Rabitə cihazlarının partladılması nəticəsində yaralananların sayı azı 1,5 minə çatıb.

Bu barədə “Skay Nyus Arabia” məlumat yayıb.

Partlayışlar nəticəsində 5 nəfər ölüb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info