Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gundem.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 576 nəfər müalicə olunaraq sağalıb, 9 min 719 nəfər vəfat edib.

Aktiv xəstə sayı 310 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1870, bu günə qədər isə ümumilikdə 6 milyon 981 min 903 test icra olunub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info