TƏBİB: Xırdalandakı partlayışda xəsarət alanlardan daha 1 nəfər evə buraxılıb

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən daha 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qurumdan Ulutv.info-nun apa-ya istinadən sorğusuna cavab olaraq bildirilib ki, iki nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info