Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Ulutv.info-ya report-a istinadən Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək 798 940 nəfər koronavirusa yoluxub. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 406 nəfərdir.

Ölkədə son sutka ərzində 2 128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info