Məhəbbət Kazımovun oğlu o videodan danışdı: “Ailəlikcə ağladıq”

"Məhəbbət Kazımovun oğlu olaraq fəxr hissi yaşadım”.

Bunu Ulutv.info-ya qaynarinfo-ya istinadən açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Azərbaycan ordusunun Laçın rayonuna daxil olarkən mərhum sənətçinin ifasında səslənən "Laçınım” mahnısından danışarkən deyib. O, bu videonu izləyərkən ailəliklə ağladıqlarını bildirib:

"Azərbaycan ordusu Laçına daxil olanda "Ali Baş Komandanın əmri ilə Laçın şəhəri artıq nəzarətə götürülüb” videosundan sonra böyük səs paylayıcılarından "Lacınım” mahnısının səslənməsi bizə ayrı bir qürur hissi yaşatdı. Həm bir sənətkar oğlu, həm də laçınlı olaraq. Təkcə mənim deyil, bütün ailəm - anam, bacılarım, əmim, dayılarım, nəsil-kök üçün gözəl bir an idi. Atamın səsini Laçından eşidəndə ailəliklə duyğulandıq, ağladıq”.

Rəşid Kazımov bu mahnını Laçında oxumağın atasının ən böyük arzularından biri olduğunu vurğulayıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info