BSU-nun sabiq şöbə müdiri son söz üçün məhkəmədən vaxt istəyib

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Dürdanə Əliyevaya son söz verilsə də, o, məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə prosesi noyabrın 20-də keçiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın səkkiz il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda, zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini istəyib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin Əlavə və Qiyabi Təhsil Şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info