Oğurluq edən şəxsdən “Makarov” markalı tapança ələ keçirildi

Nizami rayonu ərazisindəki mağazaların birindən 1050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər nazirliyindən Ulutv.info-ya verilən xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1972-ci il təvəlldülü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

Araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info