Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhkum Rüfət Nəriman oğlu Qubadlıya tanışı Rəşad Məhəbbət oğlu Cəbiyevin gətirdiyi sovqatdakı narların arasında gizlədilmiş kağız bükülüdə 0,084 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info