TƏCİLİ: Quba rayonunda öldürülən 26 yaşlı gəncin kimliyi məlum olub

İyunun 2-də saat 01:30 radələrində Quba rayonunda 1997-ci il təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan UluTv.info-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, rayon sakini 1996-cı təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin məlumatlara görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info