Sahibsiz itlərə atəş açarkən uşağı vurdu

Rusiyanın Tula vilayətində 63 yaşlı yerli sakin sahibsiz itlərə atəş açarkən 11 yaşlı uşağı yaralayıb.

Ulutv.info milli.az istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 12-də axşam saatlarında Kommunarov kəndindən bir nəfər ov tüfəngindən sahibsiz itlərə atəş açıb. O, oğlanın peyda olmasına fikir verməyib və ona atəş açıb, yüngül xəsarətlər yetirib. Uşaq xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Həmin şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.13-cü maddəsi ("Bunun üçün nəzərdə tutulmayan yerlərdə silahdan atəş açma") ilə inzibati protokol tərtib edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info